Britaniya kəşfiyyatı: Rusiya döyüş taktikasını dəyişib

  • By admin
  • 27 Aprel 2022 10:01

Ukrayna hava məkanının böyük hissəsinə nəzarəti əlində saxlayır, Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemini sıxışdıra bilməyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.

Bildirilib ki, Rusiya aviasiyası əsasən Ukraynanın cənubunda və şərqində cəmləşərək Rusiya quru qoşunlarına dəstək verir. Rusiyanın Ukraynanın şimalına və qərbinə hava çıxışı çox məhduddur, hücum əməliyyatlarını uzaqdan silahlarla dərin zərbələrlə məhdudlaşdırır.

“Ukrayna Rusiya təyyarələrini risk altında saxlamaqda davam edir. Rusiya Ukraynanın hərbi obyektlərinə və ölkə daxilində logistika infrastrukturuna zərbələr endirməkdə davam edir. Rusiya hava hücumlarının əksəriyyətinin Mariupola sərbəst düşən idarə olunmayan bombalar olacağı ehtimal edilir. Bu silahlar mülki əhalinin tələfat riskini artırır. Əvvəllər Rusiya qoşunlarının əsasən neft anbarlarını atəşə tutduğu, yanacaq tədarük zəncirlərini məhv etməyə çalışdığı bildirilirdisə, indi onlar strategiyalarını dəyişiblər. Dəmir yollarını həm qərbdən şərqə, həm də əksinə atəşə tutmaqla rus işğalçıları təkcə Ukrayna ordusunun təchizatını məhv etmək deyil, həm də Ukraynanın ixracını pozmağa çalışırlar”,- məlumatda qeyd olunub.

Gununsesi.info