Britaniya kralı şahzadəni saraydan qovub

  • By admin
  • 24 Dekabr 2022 18:35

Böyük Britaniya kralı III Çarlz zorlama ittihamı ilə bağlı bir sıra titullarından məhrum edilmiş şahzadə Endryunu Bukingem sarayından qovub.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Sun” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

“Şahzadə Endryunun sarayda istənilən mövcudluğu başa çatıb. Kral bunu açıq şəkildə bildirib. Şahzadə krallıq öhdəliklərini yerinə yetirmir. O, artıq təkbaşınadır”, – mənbə nəşrə bildirib.

Qeyd olunur ki, rüsvay olmuş şahzadə buna baxmayaraq Sandringem sarayındakı Milad ziyafətində iştirak edəcək.

Qəzet həmçinin noyabr ayında Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin Şahzadə Endryunu silahlı mühafizəçilərdən məhrum etdiyini bildirib.

Britaniya şahzadəsi Endryu insan haqları müdafiəçisi Virciniya Giuffre tərəfindən zorlamada ittiham olunmaqla məşhurlaşıb. Virciniya Giuffre 17 yaşında olarkən Londonda York hersoqu tərəfindən zorlandığını iddia edib. Media mart ayında yazmışdı ki, Şahzadə Endryu Giuffreyə təzminat ödəyib və məhkəmə dayandırılıb. Təzminatın 12 milyon lirəyə çata biləcəyi qeyd edilib. Bu, Endryu və Giuffre məhkəməyə qədər barışıq əldə etdikdən sonra baş verib. Yanvar ayında iddialar və ondan sonrakı məhkəmə prosesi fonunda Bukingem Sarayı elan edib ki, Şahzadə Endryu fəxri hərbi rütbələrdən, kral himayələrindən məhrum edilib və bundan sonra “Kral Əlahəzrətləri” titulundan istifadə edə bilməyəcək.

Gununsesi.info