Böyük Britaniya Kralı III Çarlz tibbi prosedur üçün xəstəxanaya yerləşdirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Bukingem sarayı yayıb.
Məlumata görə, buna səbəb Kralın prostat vəzinin böyüməsindən əziyyət çəkməsi olub.
Xatırladaq ki, 75 yaşlı Kralın əməliyyata ehtiyacı olduğu barədə məlumat ötən həftə məlum olub. Onun yanvarın 18-i və 19-na planlaşdırılan ictimai tədbirləri həkiminin məsləhəti ilə təxirə salınıb.
Gununsesi.info