Britaniya lideri ölkədə COVID-19 məhdudiyyətlərinin iyunun 21-də sona çata biləcəyinə ümid edir

  • By admin
  • 23 Fevral 2021 22:13

 

Britaniyanın Baş Naziri Boris Conson çərşənbə axşamı ölkədə COVID-19 ilə əlaqədar bağlı bütün məhdudiyyətlərin 21 iyun tarixində sona çata biləcəyinə dair çox nikbin olduğunu deyib.

Conson Londonun cənubunda məktəbi ziyarət edən zaman bazar ertəsi qeyd etdiyi məhdudiyyətlərin qaldırılması və karantinin sona çatdırılması üçün “yol xəritəsi”nin bir hissəsi olaraq, martın 8-nə qədər bütün məktəblərin açılacağına ümid etdiyini bildirib.

Baş Nazir jurnalistlərə heç bir şeyə qarantiya olmadığını və onun hökumətinin hər mərhələdə təlimatlara əməl etməyə davam edəcəyini deyib.

Ancaq o əlavə edib ki, “elm bizə əhali ətrafında bütöv bir qalxan yaratmaq imkanı verdiyindən, biz həqiqətən 21 iyun tarixinə bir qədər nikbinliklə baxa bilərik”.

Consonun bazar ertəsi açıqladığı plana əsasən, bəzi müəssisələr yaya qədər qapalı qalacaq. Baş Nazir “azadlığa gedən birtərəfli yolda” geri dönməməyi təmin etmək üçün ehtiyatlı olmağın vacibliyini qeyd edib.

Conson peyvənd “sertifikatları” fikrinin də diqqətlə nəzərdən keçirildiyini əlavə edib. Bununla tam vaksinasiya olunanların əyləncə məkanları, gecə klubları və ya tədbirləri ziyarət etməsinə imkan verilməsi üçün onlara sənədlərin təqdim oluna biləcəyi nəzərdə tutulur.

O, nazir Maykl Qovun peyvənd sertifikatlarının “elmi, mənəvi, fəlsəfi, etik” tərəflərini nəzərdən keçirmək üçün araşdırmaya rəhbərlik edəcəyini deyib. Conson hər hansı bir səbəbdən peyvəndlənməyən insanlara qarşı ayrı-seçkilik yarada biləcəyi üçün “hökumətin insanları buna məcbur etməsində rolunun nə olması ilə bağlı etik məsələlərin” mövcud olduğunu qeyd edib.

Britaniya artıq iki ayda əhalinin dörddə birindən çoxuna peyvəndlərin ilk dozasını tətbiq edə bilib ki, bu da böyük ölkələr arasında ən sürətli vaksinasiya olaraq, dünya boyu normal vəziyyətə qayıtmağa ümid edən hökumətlər üçün test hesab edilir.

Gununsesi.info