ABŞ Julian Assangeın təqsirli bilinəcəyi halda ölüm cəzası almayacağına təminat verməlidir, belə qərarı Britaniyanın Ali Məhkəməsi verib.
Məhkəmə həmçinin qərar verib ki, ABŞ-dan lazımi təminatlar verməsə, Assange “ifadə azadlığının pozulması və ölüm cəzası almaq ehtimalı” kimi əsaslarla yenidən apellyasiya şikayəti verə bilər.
Beləliklə, bu gün keçirilən məhkəmədə WikiLeaks-in qurucusu Julian Assangeın dərhal ekstradisiya edilməyəcəyinə qərar verilib.
İşlə bağlı son qərarın verilməsi mayın 20-ə qədər təxirə salınıb.
O, 2010-2011-ci illərdə sızdırılmış yüz minlərlə məxfi sənədi dərc etdiyinə görə ABŞ-da casusluq maddəsilə ittiham olunur və bu səbəbdən onun İngiltərədən ekstradisiyası istənilir.
Assangeın vəkilləri isə deyir ki, bu iş “dövlət qisası” formasıdır və həbs olunarsa, onu ABŞ-da 175 ilədək həbs gözləyir.
Gununsesi.info