Britaniya mediası: İranın yeni prezidenti İsrailin Azərbaycandakı bazalarını vurmağı təklif edib

  • By ilhame
  • 11 Avqust 2024 14:42

Britaniyanın “The Telegraph” nəşri yazıb ki, SEPAH İsrailə birbaşa hücumlar etmək istəyir.

 

Gununsesi.info yerli mətbuata istinadən xəbər verir ki, SEPAH rəhbərliyi mülki əhali arasında itkilərin qarşısını almaq üçün əsas diqqəti hərbi bazalara yönəltməklə Tel-Əvivə və İsrailin digər şəhərlərinə birbaşa zərbə endirməyə çalışır.

 

Prezident Məsud Pezeşkian isə İranın qonşuluğundakı ölkələrdəki, o cümlədən Azərbaycandakı gizli İsrail bazalarına hücumu təklif edib.

 

Nəşr yazır ki, İran hakimiyyəti Haniyənin Tehranda qətlindən sonra İsrailə necə cavab verəcəyi ilə bağlı fikir ayrılığı olsa da, yekun qərarı İranın ali dini lideri Ayətullah Əli Xameneyi verəcək.

Gununsesi.info