Britaniya Xarici İşlər Nazirliyi bir gün əvvəl, fevralın 16-da rusiyalı müxalifət lideri Aleksey Navalnının ölüm xəbəri ilə əlaqədar Rusiya səfirliyinin nümayəndəsini XİN-ə çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Britaniya Xarici İşlər Nazirliyi qeyd edib ki, Rusiya hakimiyyəti Navalnıya hədə-qorxu gəlib, “onu qondarma ittihamlarla həbs edib, qadağan olunmuş əsəb pozucusu ilə zəhərləyib və Arktikadakı koloniyaya göndərib”.
“Rusiya sisteminin qəddar təbiətinə heç kim şübhə etməməlidir. Onun ölümü tam və şəffaf şəkildə araşdırılmalıdır”, – şərhdə deyilir.
Bununla əlaqədar olaraq, Britaniya Xarici İşlər Nazirliyi fevralın 16-da “Rusiya səfirliyinin nümayəndəsini çağırdı ki, biz tam məsuliyyəti Rusiya hakimiyyətinin üzərinə qoyduğumuzu açıq şəkildə bəyan edək”, – məlumatda qeyd edilib.
Gununsesi.info