Britaniya parlamentində oturaraq etiraz aksiyası keçirdilər

  • By ilhame
  • 22 Noyabr 2023 21:32

Fələstin Həmrəyliyi Kampaniyası (PSC) üzvləri Qəzzada daimi atəşkəs üçün Böyük Britaniya parlamentində oturaq etiraz aksiyası keçiriblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Böyük Britaniya KİV-i məlumat yayıb.

Etirazçılar Qəzza zolağında daimi atəşkəsin təmin olunması və müharibənin bitməsini tələb ediblər.

Qeyd edək ki, Qəzza zolağında atəşkəs noyabrın 23-ü yerli vaxtla 10:00-da (Bakı vaxtı ilə 12:00) qüvvəyə minəcək.

Onun 5 gün davam edəcəyi bildirilib.

Gununsesi.info