Britaniya Rusiyanın “kölgə donanmasının” tankerlərinə qarşı sanksiyalar tətbiq edib

Böyük Britaniya Rusiya neftinə qarşı Qərbin embarqosundan yayınmaq üçün qeyri-qanuni üsullardan istifadə edən Rusiyanın “kölgə donanması”nın on gəmisinə qarşı sanksiya tətbiq edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Reuters agentliyi yazır.

Böyük Britaniyanın xarici işlər naziri David Lemmy çərşənbə günü deyib: “Bugünkü sanksiyalar Rusiyanın kölgə donanması vasitəsilə neft ticarəti imkanlarını daha da sarsıdır”.

Belə ki, Nikolay Zuyev, SCF Vankor, Vladimir Tixonov, SCF Baltica, NS Asia, Leonid Loza, Olympiysky Prospect, Zaliv Aniva, NS Clipper, NS Corona sanksiyaya məruz qalıb.

Panama bayrağını daşıyan Zaliv Aniva istisna olmaqla, bütün tankerlər Qabon bayrağı ilə üzürlər.

Sanksiya siyahılarında qeyd olunur ki, sadalanan gəmilər Rusiya neftinin və ya neft məhsullarının üçüncü ölkələrə daşınmasında iştirak edir.

 

 

Gununsesi.info