Böyük Britaniya Rusiyaya ixracı qadağan edilən və Moskvanın Ukraynada hərbi əməliyyatlarda istifadə edə biləcəyi avadanlıq və texnologiyaların siyahısını genişləndirib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı siyahı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən dərc edilib.
Qadağaya metal emalı mərkəzləri, tokar dəzgahları, o cümlədən proqram ilə idarə olunan tokar mərkəzləri, proqram ilə idarə olunan metal frezləmə dəzgahları, yuxarıda sadalanan avadanlıqların ehtiyat hissələri və detalları daxildir.
“Rusiya bu siyahıda olan məhsullara oxşar qadağan olunmuş məhsulları sanksiyaya məruz qalmayan ölkələr vasitəsilə almağa çalışır. Müəssisələr bu riskləri nəzərə aldıqlarından əmin olmalıdır. Müəssisələr bu məhsulların son təyinatının Rusiya olmadığından əmin olmaq üçün lazımi araşdırma aparmalıdırlar”, – Britaniya Xarici İşlər Nazirliyi xəbərdarlıq edib.
Gununsesi.info