Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld 10 Dekabr- Ümumdünya İnsan Hüquqları Günü ilə bağlı bəyanatında Azərbaycanda LGBT+ icmasının durumundan danışıb.
Gununsesi.info-nun xəbərinə görə, səfir Avropa İttifaqı, Böyük Britaniya, ABŞ və İsveçrə səfirliklərinin təşkil etdiyi birgə təbirdə belə deyib:
“Biz Azərbaycanda LGBT+ icmasını hədəf alan narahetedici ritorika və hərəkətləri müşahidə etdik. Böyük Britaniya zorakılıq və ayrı-seçkiliklə mübarizə aparmaq və insan hüquqlarının universallığını təşviq etmək üçün sosial hüquqlar üzrə əsas qrupları dəstəkləməyə sadiqdir. 2024-cü il üçün Gender əsaslı zorakılığa qarşı 16 Günlük fəaliyyətimiz də, hazırda davam edir”.
Afət
Gununsesi.info