Britaniya səfiri Azərbaycanı təbrik etdi -VİDEO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould müstəqilliyin bərpasının 31-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Gununsesi.info  xəbər verir ki, britaniyalı diplomat “Twitter” hesabında bu barədə Azərbaycan dilində çıxış etdiyi videomüraciət yayımlayıb.

HTML tutorial

“Bu gün Azərbaycanın tarixində həqiqətən əlamətdar gündür. 31 il əvvəl bu gün Azərbaycan öz müstəqilliyini bərpa etdi. Bu gözəl ölkə 70 il SSRİ hakimiyyəti altında yaşayıb, amma buna baxmayaraq, ,öz mədəniyyəti və dəyərlərini qoruyub saxlayıb. Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən bəri Britaniya Azərbaycanın yanındadır. Son 30 ildə biz mədəniyyət, iqtisadiyyat, ətraf mühit, təhsil, enerji və bir çox digər sahələrdə əməkdaşlıq edirik. Bizim bu əməkdaşlığımız hər il genişlənir, ölkələrimiz və xalqlarımız arasında dostluq daha da güclənir. Bütün Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm!”, – diplomat təbrikində bildirib.

Gununsesi.info