
Eurovision-a ev sahibliyi edən Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld bir qrup media nümayəndəsi və vətəndaş cəmiyyəti qurumlarının təmsilçiləri ilə birlikdə yarışmanın finalını izləyib.
Gununsesi.info-nun xəbərinə görə, Land Mark otelində təşkil olunan ziyafətdə səfir geniş nitq söyləyib.
Çıxışını daha çox Ukraynaya dəstək nitqi üzərində quran Auld deyib:
“Britaniya Səfirliyinin Eurovision Mahnı Müsabiqəsi 2023 şənliyinə xoş gəlmisiniz. Vətəndaş cəmiyyətindən, yaradıcı incəsənətdən, mediadan və diplomatik ictimaiyyətdən çoxlu dostları burada görmək çox xoşdur.
O gözəl filmə baxdıqdan sonra deməli olduğum ilk şey Var Yox-a böyük təşəkkürümü bildirirəm – siz Eurovisionun ürəyini şəkillər və sözlərlə tutmusunuz. Çox sağ olun – Merci – Grazie mille – Vielen dank.
Bu axşam haqqında məni qürurlandıran dörd şeyi sizinlə bölüşmək istəyirəm.
Birincisi, Ukraynanın Böyük Britaniya və BBC-yə onların adından 2023 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etməyə icazə verməsidir. Bizə bunu etməyə icazə vermək ən böyük şərəfdir. Biz hamımız bilirik ki, Ukrayna niyə özlərinə ev sahibliyi edə bilmir. Çünki bu gün Rusiyanın qanunsuz və barbar işğalının 444-cü günüdür. Çünki bu gün Ukraynada müharibə hələ də davam edir və bunun nəticəsində milyonlarla ukraynalı uşaq, qadın və kişi əziyyət çəkir.
Mənim yaxşı dostum, Ukraynanın Azərbaycandakı səfiri Vladislav ,mənə “Var Yox videosu gözəldir” dedi. Amma mən çox şadam ki, səfirliyin və Bakıdakı ukraynalı icmasının nümayəndələri bu axşam bizimlə ola bilərlər. Ümid edirəm ki, mənim köynək seçimimə qarşı deyilsiniz.
Qürur duyduğum dördüncü şey Avropanı qeyd etmək üçün gecə təşkil etməkdir. Avropada mədəni və digər kimliklərin müxtəlifliyi həmişə Eurovision-un döyünən ürəyində olub. Bu, ən geniş mənada Avropadır. Böyük Britaniyadan uzaq şimal-qərb nöqtəsində – yalnız İslandiya daha uzaqdadır. Uzaq cənub-şərq nöqtəsində Azərbaycana. Bu Avropa o qədər genişdir ki, hətta Avstraliyanı da əhatə edir.
Qlobal Avropa!”
Gununsesi.info