
Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edildi.
Gununsesi.info xəbər verir ki, cəmiyyətin müxtəlif sahələrinin təmsilçilərinin dəvət aldığı iftar məclisində səfir Ramazanın ayının fəzilətlərindən danışıb.
Fergus Auld, həmçinin Novruz bayramı münasibətilə də, öz təbriklərini çatdırıb. O, Novruzun dəyərlərindən, xüsusilə insanlar arasındakı birlikdən, dostluqdan danışaraq, bütün Azərbaycan xalqını bu əziz bayram münasibətilə təbrik edib.