Britaniya səfiri media nümayəndələri ilə görüşündən yazdı - FOTO

  • By admin
  • 18 İyul 2023 10:44

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld bir qrup media təmsilçisi ilə görüşündən yazıb.

Gununsesi.info bildirir ki, səfir Twitter hesabında jurnalistlərlə fotosunu paylaşaraq, bunları yazıb:

“Milli Mətbuat Günü ərəfəsində bir qrup media nümayəndəsi ilə görüşüb söhbət etdik.

H.B. Zərdabininin 1875-ci ildə əsasını qoyduğu Əkinçi qəzetinin yaranma gününü qeyd etməklə bərabər, medianın üzləşdiyi çətinliklər və bir çox digər maraqlı mövzulara toxunduq”.

Gununsesi.info