UEFA Çempionlar Liqasının ııı təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Qarabağ”- “Ludoqorets” (Bolqarıstan) matçı başa çatıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “play-off”-a vəsiqə uğrunda Bolarıstan çempionu “Ludoqorets” lə mübarizə aparıb.
Böyük Britaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Fergus Auld Qarabağın məğlubiyyətindən təəssüfləndiyini bildirib.
Gununsesi.info -nun xəbərinə görə bunu o, özünün X hesabında paylaşım edib: “Çox təəssüf ki, bu dəfə də, Qarabağın qalibiyyətini görə bilmədim. Əzmkar mübarizəyə görə Qarabağa alqış düşür”,- deyə o, qeyd edib.
Qeyd edək ki, “Qarabağ” “Ludoqorets” ə 2-1 məğlub olub. Cavab görüşü avqustun 13-də rəqib meydanında keçiriləcək. Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.
Günel Həsənova
Gununsesi.info