Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin və Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Yolumuz: Azərbaycanda Qadın, Sülh və Təhlükəsizlik” adlı QALA tədbiri keçirilib.
Xanım Nailə Məmmədzadənin bəddi rəhbərliyi altında “Mirvari” rəqs qrupunun tamaşası ilə başlanan tədbirin giriş nitqini Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld açıb.
Gununsesi.info-nun xəbərinə görə, hökumət, parlament, vətəndaş cəmiyyəti və media təmsilçilərinin qatıldığı tədbirdə çıxış edən səfir qadın hüquqlarının əhəmiyyətindən danışıb.
“Diqqətimizi qadınlar, sülh və təhlükəsizliyə yönəltmək üçün bu gün buraya toplaşdığınıza görə hamınıza təşəkkür edirəm” deyən diplomat bildirib ki, Böyük Britaniya Səfirliyi olaraq , Rasional İnkişaf üçün Qadınlar Cəmiyyəti ilə birgə bu tədbirə ev sahibliyi etməkdən qürur duyurlar: “8 Mart Beynəlxalq Qadınlar Gününə iki həftə qalır . Lakin bu təkcə bir gün deyil, ilin hər günü vacib olan məsələlərdir.
Burada Britaniya səfiri kimi işlədiyim il yarım ərzində ən yaddaqalan təcrübələrimdən biri azərbaycanlı qadınların hekayələrini dinləmək və onların sülh və təhlükəsizliyin qurulmasına verdiyi töhfəni görmək oldu. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi olaraq gördüyümüz ən mühüm işlərdən biri də bu qadınlara dəstək olmaqdır.
Bərdə, Tərtər və Ağcabədidə dəstəklədiyimiz Qadın Resurs Mərkəzləri münaqişələrdən zərər çəkmiş qadınların həyatlarını dəyişməyə, onların iqtisadi cəhətdən müstəqil olmalarına və bu yolla öz icmalarına dəstək olmalarına köməklik göstərmişdir. Bizim minatəmizləmə layihəmiz Azərbaycan tarixində ilk dəfə olaraq qadınlara özləri minatəmizləyən olmağa imkan verdi. Onların minaların təmizlənməsi sahəsində cəsarətli əməyini görmək çox təsirli idi. Həmçinin məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasına töhfə verdiklərini qürurla təsvir etdiklərini eşitmək də çox təsirli idi. Bugünkü proqramın sonunda Şəbnəmin uğur hekayəsini dinləməyi səbirsizliklə gözləyirəm.
Bu gün biz Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti ilə əməkdaşlığımızın təxminən 10 ilini qeyd edirik. RİQC (WARD abbreviation in Azerbaijani) və Şəhla İsmayılın özü ilə tarixçəmiz 2014-cü ildə (iki min on dördüncü ildə) BMT Təhlükəsizlik Şurasının min üç yüz iyirmi beş saylı Qətnaməsinin Milli Fəaliyyət Planı (MFP) haqqında müzakirələrlə başladı. Bildiyiniz kimi, RİQC ilk MFP layihəsinin hazırlanmasında ekspert icmasının, vətəndaş cəmiyyəti və hökumət nümayəndələrinin bir araya gəlməsində mühüm rol oynamışdır. Və o vaxtdan bəri onlar bu MFP-nin qəbul edilməsinin aparıcı müdafiəçisidirlər. Bu, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi üçün prioritet olaraq qalır və mən Şəhlanın yeniliklərlə bağlı xəbərlərini eşitməyi səbirsizliklə gözləyirəm”.
Fergus Auldun sözlərinə görə, beynəlxalq miqyasda qadınların sülh və təhlükəsizlik gündəmi daima dəyişir: “Böyük Britaniyada biz artıq beşinci Milli Fəaliyyət Planımızı (MFP) dərc etmişik. Gürcüstan dördüncü, Ermənistan ikinci, Qazaxıstan birinci, Tacikistan ikinci, Əfqanıstan birinci MFP-ni həyata keçirir. (Türkmənistan və Özbəkistanda MFP yoxdur). Keçən həftə BMT Təhlükəsizlik Şurasında Qayana Prezidenti Əli iqlim dəyişikliyi və təhlükəsizliklə bağlı son müzakirələrə rəhbərlik etdi – Böyük Britaniya, Təhlükəsizlik Şurasında ilk dəfə 2006-cı ildə bunu etmişdi. Böyük Britaniya BMT-nin İqlim və Təhlükəsizlik üzrə Dostlar Qrupununun 67 (altmış yeddi) üzvündən biri olmaqdan məmnundur – keçən həftəki müzakirələrin bəyanatında ilk fəaliyyət nöqtəmiz iqlim təhlükəsizliyinin gender aspektinə diqqət çəkmək oldu. Azərbaycan noyabrda COP İyirmi Doqquza (COP29) ev sahibliyi etməyə hazırlaşarkən, bu, maraqlı mövzu ola bilər.
Azərbaycanın Ermənistanla sülh sazişi perspektivi, “Böyük Qayıdış” proqramının həyata keçirilməsi və COP İyirmi Doqquza ev sahibliyi ilk MFP-nin qəbulu üçün mükəmməl məqama çevirir. Dünyanın hər yerində ciddi sübutlar qadınların qərar qəbul etmə prosesinə cəlb edilməsinin konkret təsirini göstərir. Tədqiqatlar həmçinin təhlükəsizliyin artırılmasında və davamlı sülhün qurulmasında vətəndaş cəmiyyətinin, xüsusən də qadın hüquqları təşkilatlarının əhəmiyyətini göstərir.
Azərbaycanda dəstəklədiyimiz Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti, Qadınlar, Sülh və Təhlükəsizlik Məsləhət Şurası və Qadın Gündəliyi kimi təşkilatlar və platformalar hökumətin gender bərabərliyini siyasətini həyata keçirmək və eyni zamanda onu inkişaf etdirmək üçün hökumətlə əl-ələ verərək çalışır. Bu kimi təşkilatlar münaqişədən təsirlənmiş insanlarla birbaşa işləmək, onların ehtiyaclarını başa düşmək və onlara öz icmalarını inkişaf etdirməkdə mühüm rol oynayır”.
Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətin rəhbəri Şəhla İsmayıl isə bildirib ki, Böyük Britaniya səfirliyi Azərbaycanda ən ciddi diqqət ayırdığı və dəstək verdiyi qadın hüquqlarıdır.
Buna görə, Britaniya hökumətinə və səfirliyə təşəkkür edən hüquq müdafiəçisi Azərbaycanda qadın hüquqları sahəsində vəziyyətə nəzər salıb.
O, çıxışında xüsusilə, işğaldan azad edilmiş bölgələrdə qadınların gələcək həyatının necə olacağına dair suallara aydınlıq gətirərək, problemləri sadalayıb.
Şəbnəm Rəhimova
Gununsesi.info