Britaniya səfiri Bakıda təmizlik aksiyasına qatıldı

  • By admin
  • 12 İyun 2021 21:24

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp Bakıda çimərliklər ətrafında təşkil olunan təmizlik aksiyasına qatılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə səfir özünün tvitter hesabında yazıb:

“Ekologiya Naziri ilə birlikdə çimərlik təmizlənməsi aksiyasında iştirak etdim. Biz Azərbaycanda ətraf mühitin qorunmasını dəstəkləyirik. Gəlin, çimərliklərimizi təmiz saxlayaq”.

Gununsesi.info