Britaniya səfiri hüquq müdafiəçiləri ilə görüşündən yazdı

Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Fergus Auldun bir qrup hüquq müdafiəçisi və vəkillərlə görüşü barədə açıqlama yayıb.

Gununsesi.info-nun xəbərinə görə, Britaniya səfiri özünün sosial şəbəkə hesabında bunları qeyd edib: “Vətəndaş cəmiyyəti və insan hüquqları müdafiəçiləri ilə görüşmək şərəfinə nail oldum. Onlar əhəmiyyətli məsələlərin qaldırılmasında və hesabatlılığın təmin olunmasında həyati rol oynayır. Bəxtiyar Hacıyevin həbsi kimi hallar çox narahatçılıq doğurur”.

Mətləb Yaqublu

Gununsesi.info