Britaniya Ukraynaya silah verəcək - 394 milyon dollarlıq müqavilə

  • By Günel
  • 04 Sentyabr 2024 12:57

“Britaniya Ukrayna üçün 152 mm-lik sursatın alınmasına dair müqavilə imzalayıb”.

Gununsesi.info Musavat.com -a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Böyük Britaniyanın müdafiə naziri təsdiqləyib ki, Ukrayna üçün 394 milyon dollar dəyərində qiymətləndirilən 152 mm-lik sursatın alınmasına dair müqavilə artıq imzalanıb.

Müqavilə qarşıdakı 18 ay ərzində 120 min yeni mərminin çatdırılmasını nəzərdə tutur.

Gununsesi.info