Britaniya və ABŞ yenidən Yəməndə husilərin obyektlərini vurub

  • By ilhame
  • 14 Fevral 2024 20:43

Böyük Britaniya və ABŞ silahlı qüvvələri Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının (husilərin) obyektlərinə iki yeni aviazərbə vurublar.

 

Gununsesi.info xəbər verir ki, bu barədə husilərin nəzarətində olan “Əl-Masirah” telekanalı məlumat yayıb.

 

Məlumata görə, hücumlar Yəmənin Əl-Hodeyda əyalətinin Beyt əl-Fəqih şəhərinin ətrafına edilib.

Gununsesi.info