Britaniya və Fransada karantin sərtləşdi - YENİ QADAĞALAR

  • By admin
  • 08 Dekabr 2021 09:11

Böyük Britaniya hökuməti COVİD-19-un “Omikron” ştamının yayılması ilə əlaqədar xarici turistlər üçün ölkəyə giriş qaydalarını sərtləşdirib.

Ölkəyə daxil olmaq istəyən 12 yaşdan yuxarı hər kəs səfərdən 48 saat əvvəl koronavirus testi verməlidir. Bundan əlavə, turistlər 10 gün müddətinə məcburi karantinə alınacaqlar. Yeni qayda peyvənd olunmuş şəxslərə də şamil ediləcək.

HTML tutorial

Avropa ölkələri COVİD-19-a yoluxmaların artması ilə əlaqədar məhdudiyyətləri sərtləşdirməkdə davam edir.

Fransada isə yoluxmaların artması ilə əlaqədar dekabrın 10-dan etibarən gecə klubları bağlanacaq.

Bu barədə Baş nazir Jan Kasteks mətbuat konfransında məlumat verib. Məhdudiyyət tədbiri 4 həftə qüvvədə olacaq. Şirkət rəhbərlərinə əməkdaşların distant rejimdə işləməsinə şərait yaratmaq tövsiyə olunub. Məktəblərdə də sanitar qaydalar sərtləşdiriləcək. Dekabrın 15-dən etibarən isə 5-11 yaş arası uşaqların vaksinasiya prosesi başlayacaq.

Gununsesi.info