Britaniya XİN-də siçan tutan pişik təqaüdə göndərildi

  • By admin
  • 07 Avqust 2020 16:55

Böyük Britaniyanın Xarici İşlər Nazirliyində siçanlarla mübarizəyə cəlb olunan pişik dörd illik diplomatik xidmətdən sonra təqaüdə çıxıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə nazirliyin rəsmi “Twitter” səhifəsində məlumat verilib.

Rəsmi məlumata əsasən, koronavirus pandemiyası səbəbindən ölkədə tətbiq olunan karantin zamanı Xarici İşlər Nazirliyinin əməkdaşlarından biri pişiyi evinə aparıb və pişik onun yanında qalacaq.

Gununsesi.info