Britaniya XİN vətəndaşlarına Belarusa səfər etməməyi tövsiyə edib

  • By admin
  • 26 Fevral 2022 19:28

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Belarusa səfər etməməyi tövsiyə edib.

Gununsesi.info xəbər verir ki, yeni tövsiyələr Britaniya XİN-in saytında yerləşdirilib.

Britaniya Xarici İşlər Nazirliyi bu qərarı “hərbi əməliyyatlar” təhlükəsi ilə əlaqələndirib:

“Belarus ərazisində hərbi əməliyyatların baş verməsi riski yüksəkdir. Bu baş verərsə, bizim konsulluq yardımı göstərmək imkanlarımız məhdudlaşacaq. Ölkəni tərk etmək imkanları xüsusən də hava yolu ilə məhduddur. Siz Belarusdan Ukrayna sərhədini keçməyə çalışmamalısınız”. – deyə bildirilib.

 

 

Gununsesi.info