Britaniya yenə sərt karantinə keçdi

  • By admin
  • 05 Yanvar 2021 14:03

İngiltərə üçüncü dəfə sərt karantin rejiminə keçib.

Bu barədə ölkənin Baş naziri Boris Conson məlumat verib. 

O, koronavirusun mutasiyaya uğramış SARS-CoV-2 növünün yayılmasından kədərləndiyini, bu səbəbdən tədbirlər görüldüyünü qeyd edib.

Sərt karantinin fevralın ortalarına qədər davam etməsi planlaşdırılır. Conson bildirib ki, market, aptek istisna olmaqla küçəyə çıxmaq qadağan olunacaq, hər kəs evdən işləyəcək, restoranlar bağlanacaq.

Həmçinin məktəblər distant təhsilə keçəcək, imtahanlar təxirə salınacaq.