Britaniya: AB bizə qarşı çirkli oyun oynayır

  • By admin
  • 13 May 2017 17:30

 boris_conson

 

Londonla Breksit danışıqları zamanı Brüssel çirkli oyun oynamaq niyyətindədir.

Axar.az xəbər verir ki, bunu “Teleqraf” qəzetinə müsahibəsində Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson söyləyib. O, Londonun Brüsselə qarşı çox diqqətli davranması gərəkdiyini xatırladıb.

Conson həmçinin Britaniyanın Breksitə görə Avropa Birliyinə kompensasiya ödəməyəcəyini də bir daha vurğulayıb.

 

Gununsesi.info