Britaniyada baş nazirə kütləvi etirazlar başlayıb - YALANÇI CONSON, AYIB OLSUN!

  • By admin
  • 01 Sentyabr 2019 13:11

 

Britaniya və Şimali İrlandiya boyu minlərlə insan şənbə günü baş nazir Boris Consonun ölkənin Avropa İttifaqını tərk etməsi üçün təyin olunan son möhlət tarixindən öncə parlamentin işini bir ay təxirə salmaq qərarına qarşı etiraz edib.

Conson ittifaqla gələcək əlaqələr üzərində razılıq əldə olunsa da olunmasa da Britaniyanı oktyabrın 31-də Avropa İttifaqından çıxarmağa söz verib.

Gununsesi.org xarici mediaya istinadən xəbər verir ki, təxminən 2 min insan onun Downing küçəsindəki ofisinin önündə toplaşaraq “ Yalançı Conson, ayıb olsun” şüarları səsləndirib.

Hökümət bildirir ki, yeni baş nazir Kraliçanın çıxışında öz siyasətini açıqlamadan öncə parlamentin təxirə salınması adi haldır. Kraliçanın çıxışı 14 oktyabra təyin olunub. Onun tərəfdarları da bildirir ki, parlamentin işi adətən sentyabrın sonunda, əsas siyasi partiyalar illik konfranslarını keçirən zaman dayandırılır.