Britaniyada bir gündə 148 nəfər koronavirusun qurbanı oldu

Son sutkada Böyük Britaniyada 148 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.

Gununsesi.org bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 44 798 nəfərə çatıb. Son gündə daha 820 nəfərdə virus aşkarlanıb. İndiyə kimi ölkədə 286 953 koronavirusa yoluxma halı qeydə alınıb.

Bundan bir gün əvvəl 48 nəfər virusun qurbanı olub, 512 nəfərinsə virusa yoluxması təsdiqlənib.

 

 

Gununsesi.org