Britaniyada bir qadın eyni uşaqı iki dəfə dünyaya gətirib - FOTO

İngiltərədə bir qadın eyni uşağı iki dəfə dünyaya gətirib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

İddialara görə, hamiləliyin əvvəlində ana uşağın onurğa çəpəri ilə doğulacağını öyrənib. Xəstəliyin inkişafını dayandırmaq üçün qadın hamiləliyin altıncı ayında “doğuş” etməyə razı olub.

Həkimlər uşağı çıxararaq qüsuru düzəldiblər və körpəni “geri qaytarıblar”. Əsl körpə 38-ci həftədə doğulub.

Doğuşdan sonra körpə səkkiz gün reanimasiyada yatıb və bir neçə dəfə əməliyyat olunub.

Həkimlərin sözlərinə görə, körpə  böyük ehtimalla yeriyə bilməyəcək.

Əvvəllər ABŞ-dan olan mama-ginekoloq səhvən körpənin cinsiyyət orqanının bir hissəsini kəsib.

Həkim Berto Lopez pasiyentlərindən birinin yeni doğulmuş oğlan uşağı üzərində standart sünnət əməliyyatı etməli idi, lakin əməliyyat zamanı Lopez ehtiyatsızlıqdan körpənin cinsiyyət orqanının dəri əvəzinə üçdə birini kəsib.

Gununsesi.info