Britaniyada dördgünlük iş həftəsi ilə eksperiment işə salınacaq

  • By admin
  • 19 Yanvar 2022 19:43

Böyük Britaniyada altı şirkət, o cümlədən Yaponiyanın “Canon” şirkətinin Britaniya şöbəsi dördgünlük iş həftəsi ilə bağlı pilot layihədə iştirak edəcək.

Gununsesi.info-nun məlumatına görə, layihə Böyük Britaniyada iyun ayında işə salınacaq.

Bu eksperiment Oksford və Kembric universitetləri, Boston kolleci və “Autonomy” analitika mərkəzinin təşəbbüsü ilə keçiriləcək.

Eksperiment iştirakçıları 6 ay müddətində əməkhaqqı azaldılmadan həftədə dörd gün işləyəcək. Bu müddət ərzində 100 faiz ödəniş saxlanmaqla 80 faiz iş vaxtını sərf edəcək, bununla yanaşı, 100 faizlik məhsuldarlığın qorunması ilə bağlı öhdəlik götürəcək.

 

Gununsesi.info