
Britaniya kral III Çarlzın məhkəmələr və dövlət idarələri kimi bütün dövlət qurumlarında asılacaq rəsmi portretini təqdim edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytı məlumat yayıb.
Vindzor qəsrində çəkilmiş bu foto kralın donanma admiralı formasında, medallar və fəxri fərmanlarla dolu ənənəvi rəsmi portretidir.
Portret fotoqraf Hüqo Bernand tərəfindən çəkilib. O, həmçinin Kral və Kraliça Kamillanın rəsmi tac mərasimi və toy fotoşəkillərini çəkib.
Məktəblər və dövlət qurumları fotoşəkilin palıd çərçivədə A3 ölçülü pulsuz surətini sifariş edə bilərlər.
Çarlzın yeni rəsmi portretini Böyük Britaniyanın xəstəxanalardan tutmuş yanğınsöndürmə məntəqələrinə qədər minlərlə dövlət müəssisəsində görmək olar.
Ancaq keçən il portretin ölkə daxilində yayılması layihəsinin 8 milyon funta başa gələcəyi açıqlananda, monarxiya əleyhinə olan Respublika qrupu bunu “rüsvayçı pul israfı” adlandırıb və hökumətin “ağlını itirdiyini” söyləyib.
Keçən may ayında Bukingem Sarayı III Çarlzın tacqoyma mərasimindən sonra ilk portretini nümayiş etdirib.
Gununsesi.info