
Böyük Britaniyada koronavirusa yoluxanların sayı yenidən artıb.
Gununsesi.info xəbər verir ki, son 24 saat ərzində ölkədə koronavirusa 2 min 357 yeni yoluxma hadisəsi aşkarlanıb, 20 nəfərisəvəfat edib.
Aprel ayının əvvəllərində virusa yoluxmada azalma müşahidə olunsa da, sonradan rəqəmlərdə artım qeydə alınıb.
Ümumiyyətlə Krallıqda 4 milyondan çox adam koronavirusa yoluxub, 128 min nəfər isə həyatını itirib.
Həmçinin ölkədə koronovirus peyvəndinin 1-ci dozası 35 milyon, 2-ci dozası isə 17 milyon 850 mindən çox insana vurulub.
Mütəxəssislər koronavirusa görə tətbiq olunan karantin rejimin yumşadılmasının virusa yoluxanların sayının artmasına səbəb olduğunu açıqlayıblar.
Gununsesi.info