İngiltərənin Milli Polis Rəisləri Şurasının sədri Gavin Stevens, İngiltərənin şimal-şərqindəki Hartlepul şəhərində miqrantlara qarşı iğtişaşlar zamanı polis avtomobilini yandırdığına görə 11 yaşlı bir uşaq saxlanılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, iğtişaşlarda uşaqlar da iştirak edib.
Saxlanılanların ən kiçiyinin 11 yaşı var. Stivens iğtişaşlarda iştirakın yolverilməzliyi barədə uşaqlar və yeniyetmələrlə dialoqun vacibliyini xatırladıb.
Sky News-un məlumatına görə, artıq Britaniyada təxminən 150 nəfər ictimai asayişi pozmaqda ittiham olunub. Onların 25%-dən çoxu 21 yaşa qədər olanlardır.
Bundan əvvəl Britaniyada bir məmurun arvadı miqrantların olduğu otelləri yandırmağa çağırdığı üçün saxlanılmışdı.
İlhamə
Gununsesi.info