Britaniyada qocaman şahzadə koronavirusa yoluxdu – Ölkə gündəmi çalxalandı: İddialar, sui-qəsd və...

  • By arzu
  • 25 Mart 2020 15:43

Britaniya şahzadəsi Çarlzda koronavirus aşkarlanıb.

 
Gununsesi.org-un məlumatına görə, BBC xəbər verir ki, xəbər Bukingem sarayı tərəfindən də təsdiqlənib.
Xəbərə görə, II Yelizavetanın oğlundan koronavirus testi götürülüb və cavablar pozitiv olub.
Hazırda Şotlandiyada karantin rejimində yaşayan vəliəhd şahzadənin çox sayda rəsmi görüş keçirməsi səbəbilə koronavirusa kimdən yoluxması müəyyən edilə bilməyib. Fərqli versiyalar və iddialar üzərində araşdırmalar aparılır.
Qeyd edək ki, şahzadə Çarlzın 71 yaşı var.

 

Gununsesi.org