Britaniyada son sutkada koronavirusa 18 980 yoluxma halı qeydə alınıb

  • By admin
  • 15 Oktyabr 2020 21:34

Böyük Britaniyada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 18 980 yoluxma halı qeydə alınıb.

Gununsesi.info-nın “Sky News” a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son 24 saat ərzində koronavirusdan 138 ölüm faktı qeydə alınıb. Bununla da Britaniyada indiyədək koronavirusdan ölənlərin ümumi sayı 43 293 nəfərə yüksəlib.

 

 

Gununsesi.info