Britaniyada Ukraynadan olan 15 min qaçqın evsiz qalıb

Ukraynadan olan ən azı 15 min qaçqın Böyük Britaniyada evsiz qalıb. Bu, onların ümumi sayının təxminən 7,5%-ni təşkil edir.
Gununsesi.info Daily Telegraph-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın Regional İnkişaf və Mənzil İnşaatı Nazirliyi bildirib.
Hazırda Britaniyada Ukrayna vətəndaşlarına sığınacaq almaq üçün sponsorluq proqramı mövcuddur. Bunun üçün ayrı-ayrı şəxslər, xeyriyyə təşkilatları və ya icmalardan onların mənzillə təmin olunmasına zəmanət verəcək dəvət olmalıdır. Ukraynalıları qəbul edən vətəndaşlar hökumətdən 350 funt-sterlinq (ayda 445 dollar) ödəniş alırlar. Ukraynalı qaçqınların saxlanmasının birinci ilindən sonra bu məbləğ 500 funta (635 dollar) qədər artırılır.
Təxminən 130 min Ukrayna vətəndaşı bu proqramdan yararlanıb.
Gununsesi.info