Britaniyada yoluxanların sayı 5 milyonu keçdi

  • By admin
  • 08 İyul 2021 22:25

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 32 551 yoluxma halı qeydə alınıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 5 022 893 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan daha 35 nəfər, hazırkı dövrədək isə 128 336 nəfər vəfat edib.

Gununsesi.info