Britaniyada zəhərlənən sabiq rus kəşfiyyatçısı ABŞ-a köçür

  • By admin
  • 09 Aprel 2018 11:20

Böyük Britaniya hökuməti Solsberidə zəhərlənən sabiq rus kəşfiyyatçısı Sergey Skripala və onun qızı Yuliyaya adlarını dəyişərək ABŞ-a köçmək təklif etməyi planlaşdırır.
Gununsesi.info “Sunday Times”a istinadən xəbər verir ki, artıq bununla bağlı Britaniyanın Mi6 kəşfiyyatı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə danışıqlar aparıb. Danışıqlarda əldə olunan razılığa əsasən Sergey və Yuliyanın adının dəyişdirilməsi təklif olunur. Bu da Solsberi qurbanlarını gələcək təhlükələrdən qorumaq məqsədi daşıyır.
Britaniya kəşfiyyatı hesab edir ki, növbəti cəhdlərdə sabiq kəşfiyyatçıların öldürülmə cəhdi ola bilər.
Mətbu orqan yazır ki, sabiq Rus kəşfiyatçısı və qızının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onalrın təkcə, ABŞ-a yox, Kanada, Avstraliya və Yeni Zellandiyaya göndərilməsi də istisna deyil.

Gununsesi.info