“Britaniyadan sonra NATO-nun önəmi artacaq” – Baş katib

  • By admin
  • 24 İyun 2016 17:36

Stoltenberg

 

Britaniyanın Avropa Birliyindən çıxmasından sonra NATO-nun önəmi artacaq. Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib. NATO rəhbəri adada keçirilən referenduma toxunaraq ümumxalq səsverməsinin nəticələrinin alyansın nüfüzunun artmasına yol açacağını söyləyib.

 

Qeyd edək ki, dünən Böyük Britaniyanın Avropa Birliyindən ayrılması ilə bağlı referendum keçirilib.

 

Referendumun ilkin nəticələrinə əsasən, ölkə əhalisinin 52%-i Avropa Birliyindən ayrılmanın lehinə səs verib.

 

Britaniyanın bu qərarı ölkənin və Avropanın fond bazarlarına mənfi təsir edib. Funt sterlinq öz dəyərini 10% itirib.