Britaniyadan TERROR XƏBƏRDARLIĞI: Əfqanıstana getməyin

  • By admin
  • 05 Sentyabr 2021 22:17

Böyük Britaniya vətəndaşları Əfqanıstana səyahət etməkdən çəkinməlidirlər – oradakı təhlükəsizlik vəziyyəti son dərəcə qeyri-sabit olaraq qalır.

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin səyahətlə əlaqədar yenilənmiş tövsiyəsində deyilib.

“Əfqanıstanda daimi olaraq terrorçuların hücumlarının yüksək təhlükəsi var”, məlumatda deyilir.

Britaniya vətəndaşlarının ölkədən çıxarılması əməliyyatının dayandırıldığı qeyd olunub. Bildirilib ki, eyni zamanda bölgədə, xüsusən də Kabildə hava limanı bölgəsində terror hücumlarının olma ehtimalı çox yüksək olaraq qalmaqdadır.

Gununsesi.info