Britaniyalı aktyor Ukraynda müharibədən zərər çəkən uşaqlara baş çəkib

Orlando Bloom Kiyevdə müharibədən zərər çəkmiş uşaqlara baş çəkib

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, UNİCEF-in xoşməramlı səfiri britaniyalı aktyor Orlando Blum Kiyevdə UNICEF tərəfindən yaradılan “Spilno Uşaq Ərazisi”nə baş çəkib. Blum burada müharibədən zərər çəkmiş uşaqlarla söhbət edib, onlarla oyunlar oynayıb.

UNICEF-in bəyanatında deyilir: “Kiyev, İrpinə və Demydivə 3 günlük səfəri zamanı Bloom bir ildən artıq davam edən müharibənin uşaqların həyatına necə sarsıdıcı təsir göstərdiyinin şahidi olub.

UNICEF hesab edir ki, 1,5 milyon uşaq depressiya, narahatlıq və onların fiziki və psixi sağlamlığına uzunmüddətli təsir göstərən digər psixi sağlamlıq vəziyyətləri risk altındadır. “UŞAQLARA DƏSTƏK HƏR VAXTINDAN DAHA ƏHƏMİYYƏTLİDİR” “Mən 2016-cı ildə Ukraynaya ilk dəfə gələndə müharibənin uşaqlar və ailələr üzərində dağıdıcı təsirlərini, məktəb və psixososial dəstək kimi əsas ehtiyacların uşaqların rifahı üçün nə qədər kritik olduğunu gördüm”, – Bloom deyib. “İndi ölkədəki bütün uşaqlar təsirləndiyi üçün dəstək həmişəkindən daha vacibdir.”

 

Tərcümə:

Şəbnəm

Gunusesi.info