
Britaniya alimlərinin apardığı tədqiqat nəticəsində kortikosteroid deksametazonun istifadəsinin COVID-19-un mülicəsində effektli təsiri müəyyən edilib.
Bu məqsədlə Böyük Britaniyanın 175 xəstəxanasında 11,5 min xəstənin iştirakı ilə araşdırma aparılıb.
Gununsesi.org TASS-a istinadla xəbər verir ki, “Deksametazon” infeksiya sonrası ağır tənəffüs ağırlaşmaları olan xəstələr arasında ölümü azaltmağa imkan yaradır.
Tədqiqatın aparıcı professoru Piter Horbinin sözlərinə görə, ucuz dərman olan “Deksametazon” COVİD-19 ağırlaşmalarında ölümü üçdə birə qədər azaldan ilk dərmandır.
Gununsesi.org