Böyük Britaniya parlamentinin üzvü, Britaniya-Azərbaycan Parlament Qrupunun sədri Bob Bləkmənə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley medalı təqdim olunub.
Gununsesi.org-un xəbərinə görə, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiriliyinin “Twitter” səhifəsində məlumat verilib.
Medalı britaniyalı parlamentariyə Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tahirzadə təqdim edib.
Gununsesi.org