Britaniyalı deputatın elektron poçtu hakerlər tərəfindən sındırılıb

Britaniyalı deputat Stuart McDonald bildirib ki, onun şəxsi elektron poçtu Rusiyadan olan bir qrup hücumçu tərəfindən sındırılıb.

Bu barədə Gununsesi.info BBC-yə istinadən xəbər verir.

Onun sözlərinə görə, hack(elektron poçtun sındırılması) yanvarın 13-də baş verib. Daha sonra siyasətçi küçə ilə gedərkən həmkarından elektron məktub aldığı barədə telefonuna bildiriş gəlib.

“Bunda şübhəli heç nə yox idi və bu, işçinin həqiqi elektron poçtundan gəldi” – McDonald bildirib.

Britaniya parlamentinin üzvü bildirib ki, mesajda Ukrayna ilə bağlı hərbi xəbərlərin yer aldığı parolla qorunan sənədə əlavə edildiyi bildirilir. Lakin o, sənədə kliklədikdə, e-poçt hesabının giriş səhifəsinə yönləndirildi. Şifrəni daxil etdikdən sonra boş bir səhifə açıldı.

BBC-nin məlumatına görə, McDonald-ın zərər çəkdiyi haker qrupunun Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olduğu iddia edilir. Çox güman ki, həmin qrup əvvəllər Mİ6-nın keçmiş rəhbəri ser Riçard Dirlovun, eləcə də jurnalist Pol Meysonun sınmış elektron məktublarını dərc edib.
Tərcümə: Adil Elxanoğlu
Gununsesi.info