AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniya sakini Mettyu Krem satıcının, «meyvənin tumunun içərisində sinil turşusu olur» xəbərdarlıtına məhəl qoymayaraq, gilənar tumu çıtlayıb və sinil turşusu ilə zəhərlənib .
Metyu Krem əvvəlcə gilənarlardan birinin tumunu çıtlayıb və bu nəticəyə gəlib ki, tumlar dadına görə, badamı xatırladır. Fəqət, Krem bilməyib ki, tumlara dad (aromat) verən məhz sinil turşusu və onun birləşmələridir (sianidlərdir).
Bu maddə bitkiləri zərərvericilərdən qoruyan təbii insektisiddir. Cüzi dozada o, təhlükəli deyil, ancaq məxsusi olaraq bu meyvənin tumları ərik, şaftalı, gavalı və gilasla oldutu kimi, çırtlansa, zəhərlənmə riski artar.Odur ki, Avropa ölkələrində bu myvələrin tarasında bu barədə müvafiq xəbərdarlıq həkk olunur.
Bu dəfə də belə olub, amma Mettyu xəbərdarlığa məhəl qoymayıb. O, 3 ədəd gilənar tumu yeyib, sonra özünü pis hiss etməyə başlayıb – onun hərarəti qalxıb və kəskin öyümə pristupu başlayıb. Həkimlər ona «sianidlə zəhərlənmə» diaqnozu qoyublar.
Mettyunun həyatını möcüzə sayəsində xilas etmək mümkün olub.
Gununsesi.info