Böyük Britaniyada ağ supremasistlər miqrantlara qarşı etirazlar fonunda vətəndaşları fəal şəkildə işə cəlb edirlər.
Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Bildirilib ki, “ağ supremasist qruplar Böyük Britaniyadakı iğtişaşlardan işə götürmə fürsəti kimi istifadə ediblər”.
Agentliyin məlumatına görə, hərəkat nümayəndələrinin konspirasiya nəzəriyyələri yaydığı və zorakılığa çağırış etdiyi Telegram messencerində irqçilərin vətəndaşları işə cəlb etmək kampaniyası aparılır.
Bundan əlavə, ağdərililər “inqilabın başlandığını” iddia edən nəşrlərdə Britaniya hökumətini devirməyə çağırırlar.
Onlayn dezinformasiyanı izləyən və tədqiq edən Britaniyanın “Logically” şirkətinə görə, ekstremistlər ölkədə baş verən iğtişaşlardan mənfəət əldə etmək imkanlarını açıq şəkildə müzakirə edirlər.
Xatırladaq ki, iyulun 29-da İngiltərənin Sautport şəhərində bir yeniyetmə bıçaqla rəqs studiyasına hücum edib.
Hücum nəticəsində 3 uşaq ölüb. Faciə, cinayətkarın mühacir olması ilə bağlı internetdə yayılan şayiələrdən sonra miqrant axınına qarşı iğtişaşlara səbəb olub.
Şəbnəm
Gununsesi.info