Britaniyalı milyarder işçilərə 653 milyon dollar paylayacaq

Britaniyalı milyarder Mark O’Hara özünün Preqin şirkətini sataraq işçilərinə 510 milyon funt-sterlinq (653 milyon dollar) paylamaq qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə Fortune jurnalı xəbər verib.

Bildirilir ki, sövdələşmədən iş adamı və həyat yoldaşı 2,55 milyard funt-sterlinq (3,2 milyard dollar) alacaqlar.

Bunun da 2,4 milyardını özləri üçün saxlayacaqlar.

2002-ci ildə qurulan Preqin maliyyə məlumatları və alternativ investisiya bazarlarını toplayıb və 200.000-dən çox müştəriyə xidmət göstərib.

İyulun əvvəlində o, dünyanın ən böyük investisiya şirkətlərindən biri olan Amerika BlackRock tərəfindən alınıb.

Şirkətin vitse prezidenti O’Hara son üç ildə “rekord göstəricilərə nail olan” və mənfəətini 20% artıran şirkətdə 80% paya malikdir.

Müqavilə başa çatdıqdan sonra iş adamı və arvadı Lindi Britaniyanın 100 ən zəngin adamı sırasına daxil olacaqlar.

Cütlüyün vermək niyyətində olduğu 510 milyon funt-sterlinq Preqin rəhbərliyinə və təxminən 1500 işçiyə gedəcək.

 

 

Şəbnəm

Gununsesi.info