Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa üzrə dövlət naziri Leo Dokerti Bakıda bir qrup insan hüquqları fəalları ilə görüşü haqqında açıqlama yayıb.
Gununsesi.info-nun xəbərinə görə britaniyalı nazir özünün Twitter hesabında qeyd edib:
“Azərbaycanda hüquq müdafiəçiləri ilə görüşdüm. İfadə azadlığının əhəmiyyətini, Dr Qubad İbadoğlunun saxlanması və səhhətinin pisləşməsini və Abzas Media rəhbərlərinin həbslərini bu həftə müzakirə etdik”.
Şəbnəm
Gununsesi.info