
Britaniyanın daxili işlər naziri Suella Braverman beynəlxalq sığınacaq sisteminin artıq müasir və məqsədə uyğun olmadığını ifadə edərək, “1951-ci il Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar Konvensiyasında islahatların aparılmasına” çağırıb.
Gununsesi.info xəbər verir ki, Braverman ABŞ-ın paytaxtı Vaşinqtonda “American Enterprise Institute” beyin mərkəzindəki çıxışında 1951-ci il Qaçqınlar Konvensiyasının yenidən nəzərdən keçirilməsi lazım olduğunu bildirib.
BMT konvensiyasının indi 1951-ci ildə imzalandığı tarixdən tamamilə fərqli bir zamanda olduğunu deyən Braverman, konvensiyanın köhnəldiyini və islahatlara ehtiyac olduğunu irəli sürüb. Nazir Braverman bəyan edib ki, “qaçqın” termininə daha dar bir tərif verilməlidir.
Digər tərəfdən, Braverman, qaçqınlarla bağlı konvensiyada islahatların aparılmasının “siyasətçilərin qaçqın əleyhinə damğalanmasına” səbəb olduğunu söyləyib.
Braverman çıxışında multikulturalizmin mühacirlərin paralel həyat sürməsinə səbəb olduğu və bəzi hallarda təhlükəsizlik təhdidinə səbəb olduğu üçün “uğursuzluğa uğradığını” deyib:
“Nəzarətsiz immiqrasiya, qeyri-adekvat inteqrasiya və multikulturalizmin yanlış doqması son bir neçə onillikdə Avropa üçün zəhərli birləşmə olduğunu sübut etdi. İnteqrasiya üçün gələnlərə heç bir tələb qoymayan multikulturalizm uğursuzluğa düçar oldu, çünki insanların bizim ölkəmizə daxil olmasına imkan verdi. cəmiyyətimizdə paralel həyat sürürlər. Onlar cəmiyyətdə ola bilərlər, amma cəmiyyətdən ola bilməzlər”.
Nazir nəzarətsiz və qeyri-qanuni immiqrasiyanın Qərbdəki siyasi və mədəni qurumlar üçün “ekzistensial problem” yaratdığı barədə xəbərdarlıq edərək, qeyri-qanuni immiqrasiyanın ictimai təhlükəsizliyə və milli təhlükəsizliyə də açıq təhdidlər yaratdığını iddia edib.
Britaniyalı nazirin açıqlamaları qeyri-hökumət təşkilatları və bəzi siyasətçilər tərəfindən tənqid edilsə də, Londonda yerləşən Amnesty İnternational təşkilatı Bravermanın çıxışının “kinsizliyin və ksenofobiyanın göstəricisi” olduğunu bildirib.
Səid Əhmədli
Gununsesi.info