Britaniyalı nazir Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Şəhidlər xiyabanını ziyarət edib.

Gununsesi.info xəbər verir ki, ziyarətdə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da iştirak edib.

HTML tutorial

“1990-cı il yanvarın 20-də Sovet İttifaqı qoşunlarının dinc əhaliyə divan tutması nəticəsində həyatını itirənləri yad etdik. Kreml indi də oxşar hadisələri Ukraynada törədir”, – səfir “Twitter” hesabında yazıb.

Qeyd edək ki, L.Dokerti Azərbaycanda səfərdədir.

Gununsesi.info